Bakı. Trend:
“SpaceX”in qurucusu İlon Mask NASA-nın Ay əsaslı Artemis proqramını tənqid edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Mask indiyə qədər NASA və onun layihələrini nadir hallarda tənqid etsə də, siyasətdəki yeni mövqeyi ilə bu istiqamətdə tənqidlərini daha tez-tez ictimaiyyətlə bölüşməyə başlayıb.
O, bu yaxınlarda NASA-nın Aya insan göndərmək planlarını tənqid edərək, hədəfin Mars olması lazım olduğunu bildirib.
Mask əlavə edib ki, Artemis arxitekturası son dərəcə səmərəsizdir, çünki o nəticələri maksimuma çatdıran bir proqram deyil.
Qeyd edək ki, Mask uzun müddətdir ki, Marsda canlı şəhər qurmağı hədəfləyir.