Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tarixində ilk dəfə olaraq elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yüklər Bakı Yük stansiyasından Səngəçal stansiyasına göndərilib.
Trend bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Məlumata görə, elektron qaimə sənədinin istifadəsi nəticəsində kağız sənədləşmə aradan qalxır; elektron sənədlər real vaxt rejimində yükgöndərən, stansiya və yükalan arasında mübadilə edir; yükdaşıma tarifi avtomatik hesablanaraq şəffaflıq və nəzarət təmin edilir; sənədlərin tərtib olunması, qeydiyyatı, emalı və çatdırılmasına sərf olunan zaman bir neçə dəfə qısalır.
Qeyd edilib ki, ADY-nin əsas prioritetlərindən biri yaxın gələcəkdə ölkədaxili daşımaların tamamilə elektron sənədləşməyə cəlb edilməsidir.