Bakı. Trend:
Ötən ilin dekabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə kommersiya banklarına daxilolmlar 106,4 milyon manat təşkil edib.
Trend-in Mərkəzi Bankın hesabatına istinadən xəbərinə görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 84,6 milyon manat və ya 44,3% azdır.
Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar üzrə bir ödənişin məbləği 450,9 manat olub.
Hesabat dövründə bankdan kənara köçürmələr isə 41,3 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin dekabrın 1-nə nisbətən 6,6 milyon manat və ya 13,8% azdır.
Qeyd olunan dövrdə bankdan kənara köçürmələr üzrə bir ödənişin məbləği 423,3 manata bərabər olub.