...

TAP infrastrukturun hidrogen nəqlinə hazırlığının yoxlanılması üzrə müqavilə bağlayıb

Energetika Materials 8 Yanvar 2025 12:47 (UTC +04:00)
TAP infrastrukturun hidrogen nəqlinə hazırlığının yoxlanılması üzrə müqavilə bağlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Transadriatik Boru Kəməri Konsorsiumu (TAP AG) boru kəmərinin hidrogen inteqrasiyasına hazırlığını qiymətləndirmək məqsədilə infrastrukturda baş verə biləcək qırılmaların təhlili xidmətlərinin göstərilməsi üzrə Penspen şirkəti ilə müqavilə imzalayıb.

Bu barədə Trend “Penspen”-ə istinadən məlumat verir.

"Penspen-in Böyük Britaniyadan olan mühəndis komandası TAP-ın yerüstü obyektlərinin (AGI), xətti bağlama klapanlarının (BV) və kompressor stansiyalarının (CS) sahə qiymətləndirilməsini və məlumatların hərtərəfli təhlilini aparacaq.

Bu tədqiqat, hidrogen qarışıqlarının mövcud qaz infrastrukturuna yeridilməsinin mümkünlüyünü qiymətləndirəcək və TAP-ın regionda uzunmüddətli dayanıqlığa və dekarbonizasiyaya töhfə vermək üçün yeni hidrogen həcmləri və digər bərpa olunan qazlar üçün güc artırma strategiyasını dəstəkləyəcək", — şirkətdən bildirilib.

Qeyd edilib ki, “Penspen” hidrogenin təhlükəsizlik və davamlı qarışdırılımasını və bununla da TAP-ın Avropadakı mövcud qaz nəqli infrastrukturunun təhlükəsizliyini və etibarlılığını qoruyub saxlamaqla TAP-a dəstək göstərmiş olacaq.

Qeyd edək ki, TAP maraqlı tərəflərə Avropanın müxtəlif ölkələrinə qaz tədarükünü həyata keçirmək imkanı verməklə, təbii qazın Yunanıstan-Türkiyə sərhədindən İtaliyanın cənub bölgəsinə kimi nəqlini həyata keçirir.

TAP Cənub qaz dəhlizi çərçivəsində birbaşa və iqtisadi effektiv marşrut - Xəzər dənizindən Avropaya qədər uzanan 3500 kilometrlik qaz zənciri təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti