...

Tibetdə 500-dən çox yeraltı təkan qeydə alınıb

Dünya xəbərləri Materials 8 Yanvar 2025 09:40 (UTC +04:00)
Tibetdə 500-dən çox yeraltı təkan qeydə alınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Baku. Trend:

Çinin Tibet Muxtar rayonunda baş vermiş dağıdıcı zəlzələnin ardından gün ərzində bölgədə 515 afterşok - əsas seysmik hadisədən sonra təkrarlanan yeraltı təkanlar qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Çinin Mərkəzi telekanalı məlumat yayıb.

Məlumata görə, onlardan ən güclüsünün episentri Şiqadze şəhəri olub və maqnitudası 4.4 bala çatıb, digərlərinin orta hesabla 3 baldan aşağı gücdə olduğu deyilir.

Qeyd edək ki, yanvarın 7-də Tibet muxtar rayonunda baş vermiş 7.1 bal gücündə zəlzələ nəticəsində azı 126 nəfər həlak olub, 188 nəfər yaralanıb. Episentr Şiqadze şəhərindən 163 kilometr aralıda, 10 kilometr dərinlikdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti