...

Tayvanda qrip epidemiyası qeydə alınıb

Cəmiyyət Materials 8 Yanvar 2025 06:31 (UTC +04:00)
Tayvanda qrip epidemiyası qeydə alınıb

Bakı. Trend:

Tayvanda güclü qrip epidemiyası qeydə alınıb, pik yoluxma halları ayın sonuna qədər proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Tayvan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bildirib.

Məlumata əsasən, ötən həftə adada 127 min yeni yoluxma hadisəsi qeydə alınıb, bu rəqəm durmadan artır.

İndiyədək yoluxanlar arasında 6 ölüm faktı qeydə alınıb, 43 nəfərə isə qripin ağır fəsadları diaqnozu qoyulub. Ən ağır hallara donuz qripi kimi də tanınan H1N1 qrip virusu səbəb olub. Təcili yardım xidmətinin xəstələri ümumi iş yükünün 12,6 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti