...

“Şahdəniz”dən əldə olunan gəlirlərin həcmi açıqlanıb

Energetika Materials 8 Yanvar 2025 14:23 (UTC +04:00)
“Şahdəniz”dən əldə olunan gəlirlərin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” Şahdəniz yatağından (qaz və kondensat) əldə etdiyi gəlirləri 442,085 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.

Məlumata görə, bu, illik müqayisədə 2,96 dəfə azalma deməkdir.

Həmçinin, Fondun ötən il Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 132,482 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,45 dəfə azalma deməkdir.

Xatırladaq ki, 2023-cü ildə ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 308 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır. Fondun 2023-cü il ərzində "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri isə 324,396 milyon ABŞ dolları olub. Bu isə illik müqayisədə 1,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti