...

"Heydər Əliyev" su anbarı üzərindəki elektrik stansiyasının son 5 ildə istehsal etdiyi enerjinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 8 Yanvar 2025 18:11 (UTC +04:00)
"Heydər Əliyev" su anbarı üzərindəki elektrik stansiyasının son 5 ildə istehsal etdiyi enerjinin həcmi açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Heydər Əliyev" su anbarı üzərində olan elektrik stansiyasının son 5 ildə istehsal etdiyi enerjinin həcmi açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu rəqəm 2020-2024 cü illər arasında müvafiq olaraq 7.076, 6.759, 2.675, 1.975 və 9.656 min kVt/saat olub.

Qeyd edək ki, stansiya Naxçıvan MR Nazirlər Kabineti ilə Türkiyə Respublikasının “Cengiz İnşaat AŞ və Aksoy ortaq təşəbbüsü” arasında imzalanmış 19 dekabr 2004-cü il tarixli müqaviləyə əsasən "Heydər Əliyev" su anbarında tikilib quraşdırılıb. Su anbarının tutumu 100 milyon kubmetrdir.

Stansiyada 2 ədəd hər birinin gücü 2 meqavatt və 1 ədəd gücü 0,5 meqavatt olan hidroturbinlər qoyulub. 2006-cı ilin iyul ayında stansiyada sınaq-sazlama işləri yekunlaşdırılmış və enerjisistemə qoşulub. Stansiyada istehsal olunan enerjini 35 kV-luq “Şahbuz” elektrik verilişi xəttinə qoşmaq üçün qoyulmuş güc transformatorları, paylayıcı quruluşlar Türkiyə Respublikasının, turbin və generatorlar isə Fransa Respublikasının istehsalıdır.

Stansiyanın layihəsi, quraşdırılması, sazlanması ilə əlaqədar görülən işlərin dəyəri tamamilə Naxçıvan MR Dövlət Energetika Xidmətinin elektrik enerjisi satışından topladığı vəsait hesabına ödənilib.

Stansiyada il ərzində 12 milyon kilovatt/saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti