...

Naxçıvanda smartkart tipli elektrik sayğaclarının sayı artıb

İqtisadiyyat Materials 8 Yanvar 2025 17:42 (UTC +04:00)
Naxçıvanda smartkart tipli elektrik sayğaclarının sayı artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Naxçıvan Muxtar Respublikasında 1730 ədəd sayğac dəyişdirilib, 126 ədəd bərpa edilib, 62 ədəd sayğac müqaviləsinə xitam verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, 1130 ədəd yeni sayğac quraşdırılıb, onlardan 400 ədədi smart-kart tipli əhali; 52 ədədi smart-kart tipli komersiya; 442 ədədi elektron tipli əhali; 125 ədədi elektron tipli komersiya; 96 ədədi elektron tipli digər komersiya; 14 ədədi elektron tipli büdcə təşkilatlarında quraşdırılıb.

Qeyd edilib ki, Naxçıvan, Babək, Şərur və Culfa şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkart tipli sayğacların quraşdırılması işləri davam etdirilir. Əhaliyədə bu tip sayğacların sayı 32 627 ədəd olub.

Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı 1 yanvar 2025-cü il tarixə 99 548 ədəd təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti