...

Növbəti tədris ili üçün 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır - Turan Topalova

Cəmiyyət Materials 8 Yanvar 2025 14:40 (UTC +04:00)
Növbəti tədris ili üçün 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır - Turan Topalova
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub ki, 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.

Trend xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova 2025/2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır.

"Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər. Nəticə etibarı ilə, siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə 3094 proqram yer alır.

Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahələri əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti