Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 86,5 milyon ABŞ dolları dəyərində 120,3 min ton xurma ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4,9 milyon ABŞ dolları (5,4%), həcm baxımından isə 4,4 min ton (3,5%) azdır.
Ötən ilin ilk 11 ayında xurma ixracı ölkənin ümumi ixracının 0.36%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 2,80%-ni təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 91,4 milyon ABŞ dolları dəyərində 124,7 min ton xurma ixrac etmişdi.