Bakı. Trend:
Kanadanın baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını deyib.
Trend-in məlumatına görə, bu barədə baş nazir "X" sosial şəbəkəsində yazıb.
"Kanadanın ABŞ-nin bir hissəsi olmaq heç bir şansı yoxdur", - deyə o bildirib.
Onun sözlərinə görə, hər iki xalq öz ölkələrinin “ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından” faydalanır.