Bakı. Trend:
Rumıniya vətəndaşları mart ayından etibarən ABŞ ərazisinə vizasız daxil ola biləcəklər.
Trend xəbər verir ki, bu barədə "Agerpres" agentliyinə Rumıniyanın xarici işlər naziri Emil Hurezanu məlumat verib.
Nazir bildirib ki, ölkə vətəndaşları yalnız ESTA - Səyahət Avtorizasiyası üçün Elektron Sistem platforması vasitəsilə ABŞ qurumlarını səfərləri barədə xəbərdar etməli olacaq.