...

Bu ölkə Rusiya ilə sərhədi açmayacaq

Dünya xəbərləri Materials 9 Yanvar 2025 10:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya-Rusiya sərhədi fin hökumətinin ehtiyat etdiyi təhdidlərə görə, yaxın perspektivdə bağlı qalacaq.

Trend xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo jurnalistlərə açıqlamasında deyib.

“Təhdidlərlə bağlı rəyimiz dəyişməyib”,- fin hökumət başçısı bildirib.

Orpo ehtiyat edir ki, sərhəd-nəzarət buraxılış məntəqələrinin işini bərpa edəcəyi təqdirdə Rusiya sərhəddən saxta sənədlərlə adamlar keçirə bilər.

“Məhz buna görə hal-hazırda eksperimental qaydada belə sərhədi açmaq olmaz”, - baş nazir əlavə edib.

Xatırladaq ki, Finlandiya hökuməti 2023-cü ilin noyabr ayından bəri Rusiya ilə quru sərhədini bağlayıb və bunu üçüncü ölkələrdən potensial qaçqını axını ilə əsaslandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti