Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Ukraynaya 104,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31,8 milyon ABŞ dolları və ya 44% çoxdur.
Dövr ərzində Ukraynaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,37%-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycandan ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac olunub. Belə ki, dövr ərzində bu ölkə Azərbaycandan 1,1 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları idxal edib. Bu, Azərbaycanın ümumi ixracına nisbətən 34,55%-i həcminə bərabər olub.