Bakı. Trend:
Moskva Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olmasında maraqldır, Bakı və İrəvanla münasibətləri inkişaf etdirməyə davam edəcək.
Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Cənubi Qafqazın Rusiya üçün uzaq bir region olmadığını dilə gətirib.
“Biz də Qafqazda sülhün, sabitliyin proqnozlaşdıra bilmənin, qarşılıqlı etibar atmosferinin və təhlükəsizliyin olmasını istəyirik. Biz həm Azərbaycan, həm də Ermənistanla xoş münasibətlərdəyik və bu münasibətlər bizim üçün dəyərlidir. Və biz bu münasibətlərin daha da inkişaf etməsi üçün bizdən asılı olan hər şeyi etmək niyyətindəyik”,- Kreml rəsmisi bildirib.
Rusiya prezidenti Vladimir Putinin son günlər Azərbaycan və Ermənistan lidelrəri ilə telefon danışığının olub-olmadığı ilə bağlı jurnalistin sualına, Peskov “ötən günlərdə təmaslar olmayıb” , - deyə cavab verib.