...

Azərbaycanda xalça istehsalı azalıb

İqtisadiyyat Materials 9 Yanvar 2025 16:35 (UTC +04:00)
Azərbaycanda xalça istehsalı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 3,1 kvadrat metr xalça və xalça məmulatları istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 min kvadrat metr və ya 3,1% azdır.

2024-cü ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 5,5 min kvadrat metr təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 458,3 milyon manat dəyərində məhsul istehsal edilib.

2023-cü ilin eyni dövrü ilə müqayisədə geyim istehsalında 28,6 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 7,6 faiz artım, toxuculuq sənayesində isə 6,4 faiz azalma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti