Bakı. Trend:
"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təşkilati-hüquqi formasını dəyişir.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Belə ki, MMC təşkilati-hüquqi formasını dəyişərək Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib.
Qeyd edək ki, "Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2007-ci ildə Fidan MMC adı ilə dövlət qeydiyyatına alınıb. 2008-ci ildə isə rebrendiq edərək indiki adını alıb. Nizamnamə kapitalı 103 000 000 manat olan MMC-nin qanuni təmsilçisi Osmanov Elşən Əlibala oğludur.