Bakı. Trend:
ABŞ-nin gələcək prezident administrasiyasının vasitəçiliyi ilə Ukrayna münaqişəsinin nizamlanması aprelin sonuna qədər əldə oluna bilər.
Trend “The Guardian” nəşrinə istinadən xəbər verir ki, belə bir bəyanatla Britaniyanın xarici işlər naziri Devid Lemmi çıxış edib.
“Donald Tramp hələlik hakimiyyətə gəlməyib. Son bir neçə gün ərzində gördüklərim əsasında onu deyə bilərəm ki, onun razılaşmanın yanvarın 21-də əldə olunacağı ilə bağlı gümanından azca sapmanın olmasının əlamətləri sezilir. Düşünürəm ki, indi bunun ehtimalı azdır”, -deyə Lemmi bildirib.
Xatırladaq ki, seçki kampaniyası dövründə verdiyi bəyanatlarda Tramp Ağ Evə qayıdacağı təqdirdə Ukrayna münaqişəsini bir günə çözə biləcəyini iddia edirdi.