Bakı. Trend:
Venesuela Prezidenti Nikolas Maduro 2025-ci ildən 2031-ci ilə qədər üçüncü müddətə prezident vəzifəsini icra edəcək.
Trend xəbər verir ki, 2024-cü ilin iyulun 28-də keçirilən prezident seçkilərində Maduro seçicilərin 51,95%-nin səsini qazanaraq qalib gəlib.
Lakin bir sıra ölkələr, o cümlədən ABŞ, bu nəticəni tanımır və Maduronun əsas rəqibi, ifrat sağçı müxalifət lideri Edmundo Qonzales Urrutianı Venesuelanın qanuni prezidenti hesab edir.
İnauqurasiya mərasimi öncəsi Maduro Venesuela xalqını Bolivar Respublikasına sədaqət andı verməyə çağırıb. O, Venesuelanın müstəqilliyi və suverenliyinin qorunması üçün "xarici imperialist müdaxilələrə və sağçı, ekstremist faşist təhdidlərinə qarşı möhkəm durmağın" əhəmiyyətini vurğulayıb.
Bu gün, Karakasda “Maduroya səs verirəm” şüarı altında minlərlə insanın iştirakı ilə sülh yürüşü təşkil olunub.