...

Ağdam Sənaye Parkında günlük istehsal olunan ayaqqabıların sayı məlum olub (FOTO)

İqtisadiyyat Materials 9 Yanvar 2025 12:12 (UTC +04:00)
Ağdam Sənaye Parkında günlük istehsal olunan ayaqqabıların sayı məlum olub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Hazırda Ağdam Sənaye Parkında günlük 900-1100 cüt məhsul istehsal olunur.

Trend xəbər verir ki, Ağdam Sənaye Parkında yerləşən “BAFCO İnvest” MMC-nin ayaqqabı istehsalı fabrikində 2024-cü il aprelin 1-dən müxtəlif təyinatlı ayaqqabıların və poliuretan çəkmələrin istehsalına başlanılıb.

Məlumata görə, fabrikə ümumi 12 milyon manat sərmayə qoyulub. Bütün avadanlıqlar Almaniyanın “Desma” markasına məxsusdur. Fabrikin istehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə ildə 150 min cütdür.

Fabrikdə hazırda 70 nəfər işçi çalışır ki, onlardan 50 nəfəri Ağdam və ətraf rayonlardandır. Bu yaxınlarda ikinövbəli iş rejiminə keçilib. 2025-ci ilin ortalarına işçi sayının 100 nəfərə çatdırılmasını planlaşdırılır.

“BAFCO İnvest” MMC 2024-cü ilin noyabr ayında EN İSO uyğunluq sertifikatına layiq görülüb. Bu sertifikat fabrikin məhsullarının Avropa və dünyanın digər bazarlarına ixracına imkan yaradır.

2024-cü ildə yalnız Azərbaycan bazarı üçün məhsullar istehsal edilib və satılıb. Sertifikat əldə olunduğuna görə MDB ölkələrinə və Avropa bazarına da çıxmaq planlaşdırılır. Avropa ölkələrindən İspaniya, İtaliya, Çexiya və Almaniya ilə danışıqlar aparılır, artıq onlara nümunələr göndərilib.

Qeyd edək ki, “BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da fabrikin açılışında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti