Bakı. Trend:
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Klubdan Trend-ə verilən məlumata görə, bölgə təmsilçisi hücumçu Mixael Tike Dias Santosu heyətinə qatıb.
Məlumata görə, braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” komandası olub.