...

ABŞ Danimarkaya hava-hava raketlərini satacaq

Dünya xəbərləri Materials 6 Dekabr 2025 08:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Danimarkaya AIM-120C-8 orta mənzilli hava-hava raketlərinin satışını, ümumi dəyəri 730 milyon dollar olmaqla, təsdiqləyib.

Trend xəbər verir ki, məlumat hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah tədarükündən məsul olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi tərəfindən yayımlanıb.

Bəyanata əsasən, Danimarka hakimiyyəti əvvəllər ABŞ-dan 200 raket və əlaqəli avadanlıq almaq istəyib. Sənəddə qeyd olunub ki, təklif olunan satış NATO müttəfiqinin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq. ABŞ tərəfi hesab edir ki, Danimarkaya raket satışı həmin ölkənin qüvvələrinin ABŞ Hərbi Hava Qüvvələri və digər NATO üzv dövlətləri ilə qarşılıqlı fəaliyyətini gücləndirəcək. RTX Korporasiyasının əsas podratçı olması nəzərdə tutulur.

ABŞ administrasiyası artıq Konqresi potensial satış barədə məlumatlandırıb. Qanunverici orqan müqaviləni nəzərdən keçirmək və onu təsdiqləyib-təsdiqləməmək üçün 30 gün müddətinə malikdir.

Xəbər lenti

Xəbər lenti