...

Türkiyənin elektrik avadanlıqları ixracı artıb

Dünya xəbərləri Materials 9 Yanvar 2025 13:50 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq, 16 milyard 677 milyon 730 min dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyard 478 milyon 712 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 16 milyard 677 milyon 730 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti