...

Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu

Gündəm Materials 9 Yanvar 2025 19:30 (UTC +04:00)
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlətə xəyanətdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutub.

Hökmə əsasən, dövlətə xəyanətdə ittiham olunan Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16 il 6 ay, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il və Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfinfən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti