Bakı. Trend:
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Klubdan Trend-ə verilən məlumata görə, bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb.
Rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik”i olub.