Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti martın 20-də keçiriləcək seçkilərdə müəyyən ediləcək.
Trend xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
BOK-un hazırkı prezidenti Tomas Bax avqust ayında Olimpiya Xartiyasına dəyişiklik edərək rəhbərliyini uzatmaq təklifindən imtina etmişdi. Bununla da yeni prezident seçkiləri üçün yol açılmış oldu.
Prezidentlik uğrunda yeddi namizəd mübarizə aparacaq:
Sebastian Koe – Dünya Atletika Federasiyasının prezidenti
Morinari Vatanabe – Beynəlxalq Gimnastika Federasiyasının
prezidenti (Yaponiya)
David Lapartian – Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti
(Fransa)
Yohan Eliaş – Beynəlxalq Xizək və Snoubord Federasiyasının
prezidenti (İsveç)
Kiçik Juan Antonio Samaranç – BOK-un vitse-prezidenti
(İspaniya)
Feysal Əl-Hüseyn – BOK İcraiyyə Şurasının üzvü (İordaniya)
Kirsti Koventri – Üzgüçülük üzrə ikiqat Olimpiya çempionu
(Zimbabve)