...

Bakıda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb

Cəmiyyət Materials 9 Yanvar 2025 15:59 (UTC +04:00)
Bakıda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisindən yanvarın 8-də “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ş.Məlikov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti