Bakı. Trend:
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli növbəti dəfə təyinat alıb.
Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, futzal üzrə Avropa çempionatının əsas mərhələsinin İtaliya - Belarus oyununda iş başında olacaq.
İkinci qrupun birinci turu çərçivəsində keçiriləcək qarşılaşma yanvarın 30-da Kataniyada baş tutacaq.