...

“Ulduz” stansiyasında relsin üzərinə düşən sərnişin xəstəxanada vəfat edib

Cəmiyyət Materials 9 Yanvar 2025 10:46 (UTC +04:00)
“Ulduz” stansiyasında relsin üzərinə düşən sərnişin xəstəxanada vəfat edib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İki gün əvvəl “Ulduz” stansiyasında relsin üzərinə düşən Aslanov Saməddin ölüb.

Trend-in əldə etdiyi məlumata görə, o dünən günorta saatlarında xəstəxanada vəfat edib.

Xatırladaq ki, 7 yanvar saat 21:30 radələrində Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Aslanov Saməddin açıq kəllə-beyin travması ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində müalicə alırdı. O xəstəxanaya hospitalizasiya edilən zaman vəziyyəti çox ağır qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti