...

Şərur GES-də istehsal edilən enerjinin həcmi artıb

İqtisadiyyat Materials 9 Yanvar 2025 11:11 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Şərur Günəş Elektrik Stansiyasında istehsal edilən enerjinin həcmi artıb.

Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən bildirilib ki, bu rəqəm 2020-2024 cü illər arasında müvafiq olaraq 0, 6.400, 12.500, 16.100 və 17.643 min kVt/saat olub.

Qeyd edək ki, Şərur rayonunun Zeyvə kəndi ərazisində 5 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının qurulması barədə, 2020-ci ilin avqustun 16-da və stansiyasının layihə gücünün daha 3 meqavat artırılması üçün 05 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL şirkəti arasında müqavilə imzalanıb. 02 iyun 2023-cü il tarixində isə stansiyanın gücü daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılıb. İl ərzində 16,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub. Bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 65÷70%-i deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti