Bakı. Trend:
ABŞ-nin yenidən seçilmiş prezidenti Donald Tramp idxalla bağlı yeni tarif siyasətini gerçəkləşdirmək üçün ölkədə fövqəladə iqtisadi vəziyyət elan edə bilər.
Trend xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, gələcək Ağ Ev rəhbəri məhz iqtisadi fövqəladə vəziyyətə əsaslanaraq, ölkənin həm rəqiblərinin, həm də müttəfiqlərinin idxal etdikləri məhsullara yeni tariflər tətbiq etmək niyyətindədir.
Qeyd edək ki, ABŞ-nin beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqda qanununa əsasən, ölkənin prezidenti fövqəladə iqtisadi vəziyyətlər zamanı ölkəyə idxal prosesinə şəxsən nəzarət edə bilər.
Bundan əvvəl məşhur amerikalı investor Cim Rocers 2025-ci ildə “Böyük Depressiya”nın səviyyəsinə bərabər qlobal iqtisadi böhranın gözlənildiyini bildirmişdi.