Bakı. Trend:
Bərdə şəhəri ərazisində yerləşən “Səməd Vurğun” yarımstansiyasında yenidənqurma işləri aparılacaq.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, mövcud 35/10 kV-luq "Səməd Vurğun" yarımstansiyasının 110 kV-luq yarımstansiyaya keçirilməklə yenidənqurulması işləri görüləcək.
Məlumata görə, artıq bununla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) müəyyən işlərə başlayıb.
ASC sözügedən işlərin icrasının 15,6 milyon manata başa gələcəyini proqnozlaşdırıb.