...

Naxçıvan Modul Elektrik Stansiyasının istehsal etdiyi enerjinin həcmi açıqlanıb (ÖZƏL)

İqtisadiyyat Materials 8 Yanvar 2025 16:49 (UTC +04:00)
Naxçıvan Modul Elektrik Stansiyasının istehsal etdiyi enerjinin həcmi açıqlanıb (ÖZƏL)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Modul Elektrik Stansiyasının istehsal etdiyi enerjinin həcmi açıqlanıb

Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, stansiyada qoyulmuş hər birinin gücü 8,7 MVt olan porşen tipli aqreqatlar qısa müddətdə işə salına və dayandırıla bilər.

"Stansiyanın faydalı iş əmsalı 46%, 1 kVt-saat elektrik enerjisinə sərf olunan təbii qazın miqdarı 297,0 qramdır. Stansiyada il ərzində 345 milyon kilovatsaat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub".

Qeyd edək ki, “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 may 2005-ci il tarixli Sərəncamına uyğun olaraq, ümumi gücü 87 meqavatt olan 10 moduldan ibarət Modul Elektrik Stansiyası tikilib istismara verilib.

Stansiyanın tikintisi üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 may 2006-cı il tarixli qərarı əsasında Naxçıvan-Ordubad avtomagistralının 8-ci kilometrinin sol tərəfində Babək rayonu Nehrəm kəndinin torpaq mülkiyyətçilərindən satın alınmış 12 hektar torpaq sahəsi ayrılıb.

Modul Elektrik Stansiyasının tikintisinə 2006-cı ilin iyun ayında başlanılıb. Stansiyanın baş podratçısı Finlandiyanın “Wartsila” şirkəti, subpodratçılar İsveçrənin “ABB” şirkəti və “Azərenerji” ASC-nin “Azərenerjitikinti Məhdud Məsuliyyətli Cəmiyyəti” olub. Qısa müddət ərzində tikinti, sınaq-sazlama işləri başa çatdırılıb. Stansiya 2006-cı ilin dekabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə işə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti