...

Türkiyədən Fransaya hazır geyim məhsulları ixracı azalıb

Dünya xəbərləri Materials 8 Yanvar 2025 15:10 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Fransaya hazır geyim ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq, 968 milyon 681 min 9 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Fransa 88 milyon 553 min 77 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 8,3 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 17 milyard 920 milyon 376 dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 262 milyon 830 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 12,9 faiz azalıb”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 17 milyard 920 milyon 376 dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti