Bakı. Trend:
Almaniyanın Bad-Fridrixsxall şəhərində naməlum şəxs maşınqayırma şirkətinin binasına atəş açıb.
Trend-in məlumatına görə, bu barədə "DPA" agentliyi xəbər verib.
Məlumata əsasən, hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər ağır yaralanıb.
Polis cinayətkarın tutulması istiqamətində əməliyyat aparıldığını bildirib. Eyni zamanda, hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, əhali üçün heç bir təhlükə yoxdur. Əməliyyata helikopter cəlb olunub.