Bakı. Trend:
Nizami rayonunda oğurluq və dələduzluq edənlər saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirıiyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 6850 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı M.Teymurova saxlanılıb.
Eyni zamanda Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 5695 manatını dələduzluq yolu ilə ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ş.Bəyəliyevin saxlanılması təmin edilib.
Faktlarla bağlı araşdırma aparılır.