Bakı. Trend:
İran italiyalı jurnalisti Sesiliya Salanı sərbəst buraxıb və o, hazırda vətənə qayıdır.
Trend xəbər verir ki, bunu İtaliyanın baş nazir Corca Meloninin mətbuat xidməti bildirib.
İranda daimi jurnalist vizası ilə fəaliyyət gösətərən italiyalı 29 yaşlı Sala dekabrın 19-da saxlanılmışdı və bu vaxta qədər İran paytaxtının “Evin” həbsxanasında birnəfərlik kamerada saxlanılırdı.
Salanın saxlanılması iranlı biznesmen Məhəmməd Abidinin ABŞ-nin həbs orderi əsasında Milan aeroportunda tutulmasından sonraya təsadüf edirdi. ABŞ tərəfinin ittihamına görə, adıçəkilən biznesmen 2024-cü ildə İordaniyada üç amerikalı hərbçinin ölümü ilə nəticələnmiş hücumda istifadə olunan dron hissələrinin tədarükündə şübhəli bilinir.