Bakı. Trend:
Ötən il taksi minik avtomobillərinin orta yaşı 15-dən 7-yə enib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"2024-cü il ərzində elektrik və hibrid taksilərin sayı artıb, vahid rəngin tətbiqi təmin edilib, təhlükəsizlik artıb, ekologiyaya mənfi təsir azalıb, daha rahat və keyfiyyətli xidmət təmin olunub.
Yenilənmiş avtomobil parkı paytaxtımızda daha təhlükəsiz, dayanıqlı və rahat mobillik mühiti formalaşdırır", - məlumatda vurğulanıb.