...

Xalq Bank - 20 il

İqtisadiyyat Materials 8 Yanvar 2025 16:43 (UTC +04:00)
Xalq Bank - 20 il

Bakı. Trend:

Xalq Bank 2004-cü ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının 246 nömrəli lisenziyası əsasında fəaliyyətə başlamışdır. Hazırda regionun ən dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından biri olan Xalq Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. Fəaliyyətində müştəri məmnuniyyətini hədəfləmiş Bank müxtəlif rəqəmsal və innovativ biznes həllərini tətbiq edərək məhsul və xidmət çeşidlərini genişləndirməklə yanaşı, daim xidmət səviyyəsini yüksəltmək istiqamətində çalışır. Xalq Bank fəaliyyəti ərzində müştəri və tərəfdaşlarla əməkdaşlıqda dürüstlük, etibar, yüksək keyfiyyət və operativlik prinsiplərinə əsaslanmışdır.

Ötən 20 il ərzində Xalq Bank cəmiyyətin inkişafına öz töhfəsini verərək müxtəlif korporativ sosial məsuliyyət istiqamətli layihələr həyata keçirmiş, “Xalq Əmanəti” sosial-mədəni layihəsi çərçivəsində 24 kitab nəşr etdirməklə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə çatdırılması və milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində mühüm işlər görmüşdür.

Xalq Bank səhmdar, müştəri, biznes tərəfdaş və əməkdaşlarına göstərdikləri etimada görə dərin minnətdarlığını bildirir.

Xəbər lenti

Xəbər lenti