...

Fransa beynəlxalq hüququ dəstəklədiyini iddia edir, amma müstəmləkə siyasəti yürüdür - Abbas Abbasov

Cəmiyyət Materials 8 Yanvar 2025 15:14 (UTC +04:00)
Fransa beynəlxalq hüququ dəstəklədiyini iddia edir, amma müstəmləkə siyasəti yürüdür - Abbas Abbasov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa iddia edir ki, beynəlxalq hüququ dəstəkləyir, amma onlar eyni zamanda müstəmləkə siyasəti yürüdür.

Trend xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransanın Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti - "VIGINUM" tərəfindən 2024-cü ilin dekabr ayında dərc olunan hesabatda əksini tapan əsassız iddialara cavab məqsədilə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Fransa dezinformasiya yayaraq, BTQ-nin Fransa xalqına qarşı mübarizə apardığını bildirir.

"Bu, yanlışdır. E.Makron beynəlxalq hüququ dəstəklədiyini iddia edirsə, niyə müstəmləkə altında saxladığı ərazilərdə insanların fundamental hüquqları təmin edilmir?”, - deyə A.Abbasov bildirib.

A.Abbasov qeyd edib ki, hesabatda Fransa hökuməti iddia edir ki, BTQ müstəqillik hərəkatlarından və ideyalarından istifadə etməklə onun ərazi bütövlüyünə qarşı iş aparır.

"Biz, qətiyyətlə bu iddianı rədd edirik. BTQ-nin fəaliyyəti heç bir dövlətin ərazi bütövlüyünə qarşı yönəlməyib. BTQ beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, kolonializmə qarşı mübarizə aparır və müstəmləkəçilik siyasətinin əsarətində yaşayan xalqların fundamental hüquqlarının təmin edilməsini tələb edir. Təşkilatımızın sözügedən xalqların fundamental hüquqları ilə bağlı tələbi BMT-nin 1960-cı ildə qəbul etdiyi 1514 nömrəli qətnaməsinin əsas tələbidir. Öz müqəddəratını təyin etmək koloniyalarda yaşayan xalqların öz hüququdur və biz Fransa hökumətindən fərqli olaraq onların azadlıq uğrunda mübarizəsinə hörmətlə yanaşırıq", - o bildirib.

Onun sözlərinə görə, Fransa tərəfi BTQ-nin koloniyalarda apardığı işi Fransanın Ermənistanı dəstəkləməsinə cavab addım kimi qələmə verir.

"Dünən Prezident Makron da eyni fikiri səsləndirib və iddia edib ki, Fransa beynəlxalq hüququ dəstəkləyir. Fransa beynəlxalq hüququ dəstəkləyir və eyni zamanda müstəmləkəçilik siyasətini tətbiq etməyə davam edir? Biz, BTQ-nin fəaliyyətinin Fransa-Azərbaycan ikitərəfli münasibətləri ilə eyniləşdirilməsinin tərəfdarı deyilik. Təşkilatın məramı və fəaliyyət sahəsi aydındır, ictimaiyyətin gözü önündədir.Fransa hökuməti dünya ictimaiyyətini aldatmağa çalışaraq bizi Fransız xalqına qarşı iş aparmaqda ittiham edir. Əslində isə bizim mübarizəmiz kolonializmə qarşıdır və bunun fransız xalqı ilə heç bir əlaqəsi yoxdur. Əgər prezident Makron dediyi kimi həqiqətən də beynəlxalq hüququ dəstəkləyirsə onda işğal altında saxladığı 13 ərazinin xalqlarının hüquqlarına hörmət etsin, xalqların azadlıq hüququnu tanısın.Bu yaxınlarda Mayot adasında baş verən təbii fəlakət nəticəsində evlərin 70 faizinin dağılması faktı bir daha göstərdi ki, Fransa hökuməti orada yaşayan insanlara qarşı necə ayrı-seçkilik siyasəti apararaq, adanın infrasturukturunun ən primitiv normalare belə cavab verməsinə şərait yaratmayıb", - o bildirib.

Xəbər lenti

Xəbər lenti