Bakı. Trend:
Suriyanın yeni dövlət başçısı Əhməd Əş-Şəra xaricə ilk rəsmi səfərini Türkiyəyə edəcək.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, səfər ən yaxın zamanda baş tuta bilər.
Məlumata görə, səfər bu günlərdə həyata keçməli olsa da, proqramda edilən dəyişikliklə əlaqədar ertələnib. Səfər zamanı əş-Şəra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək.
Qeyd edilir ki, Suriyada müxalif qüvvələrin hakimiyyətə gəlişindən sonra Dəməşqə ilk rəsmi səfər etmiş xarici hökumət nümayəndəsi – Türkiyənin kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalın olub. Onun ardınca Suriya paytaxtına Türkiyənin xarici işlər naziri Hakan Fidan baş çəkmişdi.