...

Cinayətdə təqsirləndirilən Hindistan vətəndaşı Monakoya təhvil verilib

Cəmiyyət Materials 8 Yanvar 2025 18:50 (UTC +04:00)
Cinayətdə təqsirləndirilən Hindistan vətəndaşı Monakoya təhvil verilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cinayətdə təqsirləndirilən Hindistan vətəndaşı Monakoya təhvil verilib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edilib ki, Monako Knyazlığının hüquq mühafizə orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı Rathore Devanshunun verilməsinə dair Monako Knyazlığının səlahiyyətli orqanının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bildirilib ki, qeyd olunan şəxs 2024-cü ilin iyun ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Monako Knyazlığının səlahiyyətli orqanlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti