Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən Yaxın Şərq üzrə xüsusi nümayəndə təyin edilən Stiv Vitkoff Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəslə bağlı danışıqlara qatılacaq.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı xəbər verib.
Stiv Vitkoff Trampın mətbuat konfransında Qəzza ilə bağlı razılığın əldə olunması üçün aparılan danışıqlarda "böyük irəliləyiş əldə edildiyini" bildirib.
“Mən həqiqətən ümid edirəm ki, andiçmə mərasimində prezidentin adından elan edəcəyimiz yaxşı bir şey olacaq", - deyə o bildirib.