Bakı. Trend:
Ceymz Vebb Kosmik Teleskopundan istifadə edən astronomlar kosmosun uzaq fəzalarında 44 ulduz kəşf edib. Bu bir dəfəyə kəşf olunmuş rekord sayda ulduz hesab olunur.
Trend bu barədə "USA Today" nəşrinə istinadən xəbər verir.
Alimlərin hesablamalarına görə, bu tarixi kəşf zamanı üzə çıxan 44 ulduzun yerləşdiyi qalaktika o qədər uzaqda yerləşir ki, onun bizə gəlib çatan işığı təxminən 7 milyard il əvvələ aiddir.
Eyni zamanda "qara materiyanın" yeni tədqiqat metodunu ərsəyə gətirən astronom qrupunun tapıntıları bazar ertəsi "Nature" dərgisində dərc olunub.
Məqalədə qeyd edilir ki, bu böyük kəşf uzaq qalaktikada eyni vaxtda çoxlu sayda ulduzun tədqiq olunmasının mümkün olduğunu nümayiş etdirir.