...

Alyaska ştatı Baydeni məhkəməyə verib

Dünya xəbərləri Materials 8 Yanvar 2025 10:10 (UTC +04:00)
Alyaska ştatı Baydeni məhkəməyə verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Alyaska ştatı federal hökumət tərəfindən neft və qaz yataqlarının işlənilməsinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar ABŞ prezidenti Co Baydenin administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

Trend xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Alyaka ştatı höküməti Bayden administrasiyasının 2024-cü ilin dekabr ayında qəbul etdiyi, ştat ərazisində neft və qaz yataqlarının işlənilməsi üçün sahələrin icarəyə verilməsini məhdudlaşdıran qərardan narazıdır.

İddia edilir ki, bu qərar ucbatından 162 min hektar ərazidə neft-qaz yataqlarının işlənməsinin aparılması qeyri-mümkün və ya qeyri-praktik olub.

Qeyd edilir ki, bundan əvvəl, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evdə vəzifəsinin icrasına başlayacağı ilk gündən bu məhdudiyyəti ləğv edəcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti