...

Türkiyə Superliqasının oyunlarında əcnəbi VAR hakimlərindən istifadə olunacaq

İdman Materials 8 Yanvar 2025 19:35 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasının oyunlarında VAR sisteminə müvəqqəti olaraq əcnəbi ədalət təmsilçiləri nəzarət edəcəklər.

Trend Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar TFF-nin İdarə Heyətinin iclasında qəbul olunub.

Bildirilib ki, bu addım VAR sistemindən daha səmərəli istifadəni təmin etmək və gənc hakimlərin inkişafına təkan yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, Superliqada mövsümün ikinci yarısına yanvarın 17-də start veriləcək.

Xəbər lenti

Xəbər lenti