Bakı. Trend:
Türkiyənin Ərzurum vilayətində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Pasinler rayonunda yerli vaxtla saat 04:30-da qeydə alınıb. Yeraltı təkanların ocağı 14 kilometr dərinlikdə yerləşib.