...

Aktauda təyyarə qəzasında xəsarət alan iki Qırğızıstan vətəndaşı xəstəxanadan evə buraxılıb

Hadisə Materials 8 Yanvar 2025 18:28 (UTC +04:00)
Aktauda təyyarə qəzasında xəsarət alan iki Qırğızıstan vətəndaşı xəstəxanadan evə buraxılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı Milli Xəstəxanadan evə buraxılıb.

Trend Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, daha bir zərərçəkənin neyrotravma şöbəsində müalicəsi davam etdirilir.

Onun vəziyyəti sabitdir, o, yeriyə bilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Zərərçəkənlər arasında 3 Qırğızıstan vətəndaşı da olub. Onlar dekabrın 30-da müalicələrini davam etdirmək üçün Qırğızıstana göndəriliblər.

Xəbər lenti

Xəbər lenti