...

Əməliyyat zamanı həkimin doğum gününü qeyd etməsi faktı ilə bağlı yoxlama başlanılıb - SN

Cəmiyyət Materials 8 Yanvar 2025 17:48 (UTC +04:00)
Əməliyyat zamanı həkimin doğum gününü qeyd etməsi faktı ilə bağlı yoxlama başlanılıb - SN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda həkimin əməliyyat zamanı doğum gününü qeyd etməsi faktı ilə bağlı artıq yoxlama başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat verib.

"Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən artıq yoxlama başlanılıb. Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz və yanan şam ilə daxil olaraq həkimi doğum günü münasibətilə təbrik etdikləri video yayılıb.

Xəbər lenti

Xəbər lenti